"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

"Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək

Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə 10 iyun 2019-cu il tarixdə "Gənclər üçün Əmək Yarmarkası - 2019" keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"-a nazirliyin mətbuat katibi Səmayə Məmmədova verib.  Bildirib ki, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd gənclərin məşğulluğunun təmin edilməsinə köməkliyin göstərilməsidir.
"Park Inn" otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında gənclər təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.
Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31