Bakıda daha bir uşağı it dişlədi -FOTO

Novxanıda "Diana" restoranında 6 yaşlı uşağı it dişləyib.BakuPost xəbər verir ki, bu barədə uşağın anası sosial şəbəkələrdə məlumat yayıb. Onun sözlərinə görə, hadisə ofisiantların gözü önündə baş versə də, müdaxilə edən olmayıb. "Uşağın əlində çörək olub, ona görə it üstünə cumub. Gömrük Xəstəxanasında üzünə tikiş qoyuldu, 1 saylı Şəhər Kliniki Xəstəxanasında ("Semaşko") vaksin vurdurduq".Valideyn məsələ ilə bağlı həm restoran rəhbərliyi, həm də müraciət etdiyi qurumlar onun şikayətinə əhəmiyyət vermir: "Kamera görüntülərini istədim. Anar adlı şəxs dedi ki, hara istəyirsiniz şikayət edin, bizdə kamera yoxdur. 102-yə, Sumqayıt şəhər İcra Hakimiyyətinə zəng vurdum. Polis də, icra da deyir onlar cavabdehlik daşımır. Beş gün əvvəl də Sumqayıtda oğlan uşağını it dişləyib və uşaq ölüb. Biz hazırda Yasamalda 5 nömrəli poliklinikada qeydiyyatdayıq. İkinci quduzluq əleyhinə vaksin vurdurmuşuq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31