Manaf Ağayevin qardaşı oğluna VƏZİFƏ VERİLDİ

Manaf Ağayevin qardaşı oğluna VƏZİFƏ VERİLDİ

Tanınmış müğənni Manaf Ağayevin qardaşı oğluna vəzifə verilib.

Müğənni "Ölkə.Az"-ın  əməkdaşı ilə söhbətində bildirib ki, qardaşı oğlu  Novruz Ağayev hazırda Füzuli rayonu Musiqi Məktəbinin direktorudur:

"Novruz çox istedadlı oğlandır, universitet təhsili var. Eyni zamanda toylara da gedir. Mənim oxuduğum mahnıların çoxunun musiqi müəllifi Novruzdur. Artıq xeyli müddətdir ki, bu vəzifəyə təyin olunub, xeyli də uğurları var".

Qeyd edək ki, Novruz Ağayev 2004-cü ildə ilk dəfə keçirilən "Azəristar" müsabiqəsinin laureatlarından olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31