Azərbaycanlı Professor "Oksford fəxri professoru" adına və "Rosa Parasels" mükafatına layiq görülüb

Azərbaycanlı Professor "Oksford fəxri professoru" adına və "Rosa Parasels" mükafatına layiq görülüb

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, tibb elmlər doktoru, professor Cəmilə Qurbanova Avropa Tibb Assosiasiyasının və Oksford Akademik Birliyinin birgə təsis etdiyi mükafata layiq görülüb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, Professor Cəmilə Qurbanova uzun müddətli elmi fəaliyyətinə, regional və qlobal sosial və tibbi problemlərin həllindəki roluna və tibb elminə verdiyi töhfələrə görə təltif edilib. Professor Cəmilə Qurbanova dekabr ayında Oksford şəhərində və aprel ayında Londonda Oksford Akademik Birliyi və Lordlar palatasının ümumi qərarı əsasında mükafatlandırılıb.

Qeyd edək ki, Cəmilə Qurbanovaya tibb elminə verdiyi töhfələrə görə London şəhərində Oksford fəxri professor, tibbi xidmətin və səhiyyənin təşkilindəki modernizasiyaya görə isə Tibilisi şəhərində Rosa Parasels mükafatları təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31