Çilov adasında hüquqi maarifləndirmə tədbiri keçirilib
Çilov adasında hüquqi maarifləndirmə tədbiri keçirilib
4 İyun 2019 16:03 SosialAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il 18 may-18 iyun tarixləri ölkəmizdə "İnsan Hüquqları Aylığı" elan edilir. Aylıq çərçivəsində paytaxtda və regionlarda müvafiq qurumlar tərəfindən əhalinin müxtəlif qruplarını əhatə etməklə insan hüquqlarını təbliğ edən mövzularda dəyirmi masa, seminar, konfrans və maarifləndirmə tədbirləri təşkil edilir. Ombursman Aparatından "Olaylar"a bildirilib ki, hüquqi maarifləndirmə məqsədi daşıyan növbəti tədbir Pirallahı rayonu İcra hakimiyyətinin dəstəyi ilə Çilov adasında yerləşən Azərbaycanın Milli Qəhrəmanı R.İbrahimov adına 131 saylı tam orta məktəbdə həyata keçirilib.
Aparatın şöbə müdiri F.Ağayev bu günlərdə qeyd etdiyimiz 28 may Respublika günü və 1 iyun Uşaqların beynəlxalq Müdafiəsi günü, eləcə də qarşıdan gələn Ramazan bayramı münasibətilə Müvəkkilin adından məktəb kollektivini təbrik edib və xoş arzularını bildirib. Ombudsmanın öz səlahiyyətləri çərçivəsində uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmi kimi fəaliyyət göstərdiyi, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi və müdafiəsi, pozulmuş hüquqların bərpasının Müvəkkilin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyi diqqətə çatdırılıb.