Yeni Dairəvi yolda dəhşətli qəza baş verib
Yeni Dairəvi yolda dəhşətli qəza baş verib
4 İyun 2019 14:31 SosialYasamal rayonu Yeni Dairəvi yolda qəza hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 3-də saat 13 radələrində Yasamal rayonu Yeni Dairəvi yolun kənarındakı dərədə aşmış vəziyyətdə olan "Daewoo" markalı avtomobil və onun yanında kişi və qadın meyiti olması barədə DİN-in "102- Zəng Mərkəzi" Xidmətinə məlumat daxil olmuşdur.Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla avtomobilin MMC-lərdən birinə məxsus olması, meyitlərin Bakı şəhər sakini V.Abbasov və Sabirabad rayon sakini A.Əliyeva olması, V.Abbasovun idarə etdiyi "Daewoo" markalı avtomobili dərəyə aşırması nəticəsində onların ölməsi müəyyən edilmişdir. Yasamal RPİ tərəfindən araşdırma aparılır.