Masazırda yük maşını ilə minik maşını toqquşub
Masazırda yük maşını ilə minik maşını toqquşub
4 İyun 2019 14:27 SosialAbşeron rayonunun Masazır qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 3-də saat 6 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Ceyranbatan qəsəbə sakini V.Nadirovun idarə etdiyi "DAF" (yük) və Bakı şəhər sakini Murad Allahverdinin idarə etdiyi "VAZ-21214" markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Allahverdi hadisə yerində ölmüşdür. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31