Tofiq Mustafazadənin 70 illik yubileyi keçirilib

Tofiq Mustafazadənin 70 illik yubileyi keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası , Əməkdar elm xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Olaylar.az xəbər verir ki, tədbirdə elm xadimləri, ictimaiyyət nümayəndələri, professorun ailə üzvləri və tələbələri iştirak edib.

MEK-in Oxuculara xidmət və nəzarət bölməsinin rəhbəri Ofeliya Yunusova professor Tofiq Mustafazadənin 70 illik yubileyinə həsr olunmuş təqdimatla çıxış edib. O.Yunusova alimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru İradə Məmmədli, Adil Mirabdullayev, Nərminə Əmirbəyova, Türkiyədən olan qonaqlar - ATAM-ın müdir müavini Nihat Büyükbaş, professor İbrahim Edhem Atnur və alimin həyat yoldaşı da çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31