Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

Gömrük Akademiyasında yeni ixtisaslara qəbul aparılır

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2019/2020-ci tədris ilindənbaşlayaraq "İnformasiya təhlükəsizliyi" ixtisasına qəbul aparılacaq. Akademiyadan "Olaylar"a bildirilib ki,  Akademiyada növbəti tədris ilindən etibarən II ixtisas qrupu üzrə "İqtisadiyyat", III ixtisas qrupu üzrə "Hüquqşünaslıq" ixtisasları ilə yanaşı, I ixtisas qrupunda "İnformasiya təhlükəsizliyi" ixtisası üzrə qəbul həyata keçiriləcək. Eyni zamanda, 2019/2020-ci tədris ilindən başlayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında ilk dəfə magistratura səviyyəsinə də tələbə qəbulu aparılacaq. Akademiyanın magistratura pilləsinə qəbul Dünya iqtisadiyyatı-Gömrük işi və Hüquqşünaslıq-Beynəlxalq hüquq ixtisasları üzrə həyata keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31