Azərbaycanlı 16 min manatı zibilə atıb
Eskişehir şəhərində Azərbaycan vətəndaşı Elşən İbrahimov pul ilə dolu olan çantasını yanlışlıqla zibilə atıb.
Olaylar.az bildirir ki, hadisə Tepebaşı, Yenibağlar məhəlləsində baş verib.
Çantanın içərisində 7500 dollar, 1800 avro və 10 AZN (təxminən 16294 AZN) olub.
Jandarmaya müraciət edən çanta tapılaraq sahibinə təslim edilib.