Bayram nə vaxtdır? - Rəsədxana AÇIQLADI
4 İyun 2019 12:17 SosialŞamaxı Astrofizika Rəsədxanası sosial şəbəkələrdə ayın görünməsi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Rəsədxananın mətbuat xidmətindən verilən məlumata görə, yeni ay 03 iyun 2019 cu il tarixdə 14.03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.
Təzələnmiş ayın görünməsi yalnız ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur. Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın gözlə görmək mümkündür.
Odur ki, Azərbaycanda ay bu gün axşam 20:20-21:06 radələrində gözlə görünəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31