Sərnişin mikroavtobusu dərəyə aşdı, 2 ölü - YENİLƏNİB/TƏFƏRRÜAT/VİDEO
Sərnişin mikroavtobusu dərəyə aşdı, 2 ölü - YENİLƏNİB/TƏFƏRRÜAT/VİDEO
3 İyun 2019 17:31 SosialHadisə Yasamal rayonu, Bakı Dairəvi - 1 avtomobil yolunda qeydə alınıb.
Yoldan çıxaraq üzüaşağı Xocahəsən gölü istiqamətinə yuvarlanan nəqliyyat vasitəsində iki nəfər dünyasını dəyişib.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub, xilasetmə işləri aparılır.
Hələlik dünyasını dəyişən şəxslərin kimliyi məlum deyil.
---------
16:40
Bakıda dəhşətli qəza baş verib.
Yasamal rayonunda sərnişin mikroavtobusu idarəetməni itirərək dərəyə yuvarlanıb.
Hadisə ilə bağlı ətraflı məlumat verəcəyik. Ölən və xəsarət alanların olması barədə məlumat yoxdur.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31