III Robot Olimpiadası keçiriləcək
III Robot Olimpiadası keçiriləcək
3 İyun 2019 15:52 Sosialİyunun 4-də Heydər Əliyev Mərkəzində "İNNOFEST" çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyası və "Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və digər dövlət rəsmilərinin iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31