Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Ölkəmiz dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir

Azərbaycan hər ötən gün əldə etdiyi uğurlar, qazandığı nailiyyətlərlə dünyaya nümunə olaraq göstərilir. İstər iqtisadi, istər sosial, istərsə də mədəni və humanitar sahədə əldə edilən uğurlar Azərbaycanın regionda və dünyada mövqelərini daha da möhkəmləndirir, onu cəlbedici dövlətə çevirir. Son illərdə dünyanın güc mərkəzləri, Avropanın inkişaf etmiş ölkələrinin Azərbaycanla əməkdaşlığa maraq göstərməsi, ölkəmizə edilən yüksəksəviyyəli səfərlər də  bunu təsdiq edir. Təbii ki, bütün bunlar ölkədə həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir. Eyni zamanda ölkəni idarə edən şəxsin liderlik bacarığı, keyfiyyətlərinin göstəricisidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sahibə Qafarova deyir ki,  ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, xalqımızın ali mənafeyinə söykənən siyasət nəticəsində Azərbaycan yüksək inkişaf göstəricilərinə nail olub. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir.  Onun sözlərinə görə, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir: "Dövlətimizin başçısının təşəbbüsü və dəstəyihesabına başa gələn böyük iqtisadi və nəqliyyat layihələri dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Həyata keçirilən siyasət sayəsində Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. "Eurovision", müasir dünyanın xüsusi diqqət yönəltdiyi dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm idman yarışları məhz ölkəmizdə keçirilir. 2015-ci ildə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkil olunması hüququnun məhz Azərbaycana verilməsi ölkəmizdə idman və mədəniyyət tarixində mühüm hadisəyə çevrildi. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları, Formula 1 yarışları və bu qəbildən olan digər mühüm tədbirlərinölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın potensialını və qüdrətini göstərir, respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması belə tədbirlərin Azərbaycanda keçirilməsinə dair qərarların qəbul edilməsində həlledici rol oynayır".

Millət vəkili deyib ki, Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. "Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurla təşkilatçılığından, final matçının yüksık sıviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar. Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək bacarığına malik olduğunu bütün dünyaya göstərdi".

Azərbaycanın beynəlxalq səviyyədə qurduğu yüksək əməkdaşlığa toxunan millət vəkili Sona Əliyeva isə diqqəti Birləşmiş Ştatlar prezidenti Donald Trampın son bir neçə gün ərzində Cənab Prezident İlham Əliyevə göndərmiş olduğu iki məktuba yönəldib. Bildirib ki, indiki dönəmdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bütün sahələrdəki əlaqələr çox yüksək səviyyədədir. Onun sözlərinə görə, Azərbaycan terrorla mübarizədə həmişə ABŞ-ın yanında olduğunu bəyan edib: "ABŞ da öz növbəsində Azərbaycanın beynəlxalq səviyyəli layihələrdəki aparıcı mövqeyini dəstəkləyib. Vaşinqton eyni zamanda  rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi məsələsindəki mövqeyini hər zaman yüksək qiymətləndirir. Bütün bunları nəzərə alanda görürük ki, Azərbaycan ABŞ üçün etibarlı tərəfdaşdır. Məhz bu baxımdan da son bir neçə gündə prezident Donald Trampın Prezident  İlham Əliyevə iki təbrik məktubu ünvanlanması ABŞ-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini, Amerikanın Azərbaycana yüksək önəm verdiyinin aydın göstəricisidir".

Millət vəkili bildirib ki, Donald Trampın göndərdiyi hər iki məktub bundan sonra da iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf edəcəyini söyləməyə əsas verir:  "Hazırda bu əlaqələr özünün yüksək inkişaf mərhələsindədir. Bu birmənalıdır. ABŞ özünün Cənubi Qafqaz siyasətində hər zaman Azərbaycana xüsusi önəm verib. Bütün beynəlxalq əhəmiyyətli layihələrimizi dəstəklədiyini bəyan edib. ABŞ Prezidenti Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyini xüsusi vurğulayır və dəyərləndirir. Bu, bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Azərbaycan bu gün dünya miqyasında böyük nüfuza malik ölkələrdəndir. Heç şübhəsiz ki, ABŞ belə bir tərəfdaşla əməkdaşlıqda hər zaman maraqlı olacaq". Sona Əliyeva hesab edir ki, Birləşmiş Ştatlar Azərbaycanın strateji tərəfdaşı olmaqla yanaşı, tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksəksəviyyəli münasibətlər mövcuddur.  "Tərəflər arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Azərbaycan Birləşmiş Ştatlarla geniş iqtisadi əməkdaşlıq əlaqələri qurub. Bu əməkdaşlığın əsas istiqamətləri isə Azərbaycanda neft və qaz sektorunun inkişafıdır. Yeni boru kəmərlərinin tikintisi və istismarı, Şərq-Qərb dəhlizi boyu infrastruktur layihələrinin həyata keçirilməsi, qeyri-neft sektoru sahəsində qarşılıqlı ticarətin genişləndirilməsidir. İki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinin göstəricilərindən biri olaraq ticarət dövriyyəsinin həcmi də ildən-ilə artmaqdadır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31