Ramazanın 29-cu günü: dua və iftar vaxtı

Bu gün Ramazan ayının 29-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 3-də  iftar   saat 20:22-dədir.

Ramazan ayının 29-cu gününün duası:

"Allahummə ğəşşini fihi bir-rəhməh. Vərzuqni fihit-tovfiqə vəl-isməh. Və təhhir qəlbi min ğəyabihit-tuhməh. Ya rəhimən bi-ibadihil-mu-minin".

Tərcüməsi:

"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"

Allah orucunuzu qəbul etsin!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31