Bakıda dənizdən daha bir nəfərin meyiti tapıldı
2 İyun 2019 10:51 SosialÖtən gecə Bakıda dənizdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Ölən şəxsin kimliyi hələlik məlum deyil.
Qeyd edək ki, dünən FHN əəməkdaşları tərəfindən bulvar ərazisində dənizdə boğulan oğlanın da meyiti sudan çıxarılıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31