Azərbaycanda 2 gənc qardaşın öldüyü avtomobilin GÖRÜNTÜLƏRİ - FOTO

Dünən Şamaxı şəhərində baş vermiş dəhşətli yol qəzasının görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, hadisə ilə bağlı aparılan ilkin araşdırmalar zamanı Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində "Niva" markalı minik avtomobilinun "Shacman" markalı yük avtomobilinə çırpılması hadisəsinin minik maşınının qəfil dönmə hərəkətinin etməsinin səbə olduğu müəyyənləşib.

Hadisə nəticəsində "Niva"da olan Şamaxının Quşçu kənd sakinləri, 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil aldığı ağır xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq-Təhqitat İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

İki qardaşın qəza nəticəsində öldüyü "Niva"nın fotolarını təqdim edirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31