Oksana Rəsulova doğuşdan sonra ilk dəfə BU GEYİMDƏ GÖRÜNTÜLƏNDİ - FOTO
Oksana Rəsulova doğuşdan sonra ilk dəfə BU GEYİMDƏ GÖRÜNTÜLƏNDİ - FOTO
31 May 2019 17:40 SosialOğlu dünyaya gəldikdən sonra artıq çəkisi ilə mübarizə aparan rəqqasə Oksana Rəsulova bandaj adlanan materialdan hazırlanmış dar geyimdə görüntülənib.
Publika.az xəbər verir ki, kameramıza poza verən ulduzun artıq çəkilərdən qismən xilas olduğu diqqətdən qaçmayıb. Oksana Rəsulova verdiyi açıqlamasında etiraf edib ki, ana olduqdan sonra uzun müddət dar geyimlərdən imtina etməli olub.
"Doğuşdan sonra əvvəlki çəkimə qayıtmaq asan olmadı, müəyyən qüsurları gizlətmək üçün geniş və uzun libaslar geyinirdim. Hazırda hamiləlikdən əvvəlki çəkimə qayıtmışam. Odur ki, indi dar paltraları özümə icazə verirəm", - deyə o, etiraf edib.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31