Nazirlik İsmayıllı rayonunda vətəndaşları qəbul etdi

Nazirlik İsmayıllı rayonunda vətəndaşları qəbul etdi

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İsmayıllı

rayonunda yerləşən Heydər Əliyev Mərkəzində İsmayıllı və Qəbələ

rayonlarından olan vətəndaşları qəbul edib.

Olaylar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi

Əliyev Oğuz, Rauf Hacıyev isə Şəki şəhərindən olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya,

ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, ətraf mühitin monitorinqi və digər

məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib.

Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə

nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə

baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək,

göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31