Surqut şəhər aeroportu Fərman Salmanovun adını daşıyacaq

Surqut şəhər aeroportu Fərman Salmanovun adını daşıyacaq

Vladimir Putin Rusiya aeroportlarına ümummilli müsabiqə çərçivəsində Rusiyanın görkəmli xadimlərinin adlarının verilməsi haqda fərmanı imzalayıb. 

Olaylar.az bildirir ki, bu barədə TASS məlumat verib.

Sözügedən fərman hüquqi informasiyanın rəsmi portalında dərc edilib.

Artıq Surqut şəhər aeroportu Sibir neftini kəşf edən Azərbaycan kəşfiyyatçı geoloqu Fərman Salmanovunadını daşıyacaq.

Səsvermədə 5 milyondan çox insan iştirak edib və respondentlər Rusiyanın federal və beynəlxalq əhəmiyyətli 47 böyük hava limanının adını müəyyənləşdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31