Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib

Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində "Chevrolet" markalı avtomobildən 300 manat, 1 evdən noutbuk, 1 mağazadan pul və müşahidə kamerasının yaddaş qurğusunu, 2 həyətyanı sahədən inşaat materialları və metal qırıntıları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Ağakişiyev saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31