Anar Bağırov: "Vəkillər Kollegiyası neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür"
Anar Bağırov: "Vəkillər Kollegiyası neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür"
31 May 2019 16:46 SosialYaxın zamanlarda Vəkillər Kollegiyası ilə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi arasında əməkdaşlıq memorandumu imzalanacaq.
Bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, memorandumun məqsədi vəkillik fəaliyyətində rast gəlinən neqativ hallara qarşı mübarizə aparmaqdır: "Məqsədimiz fəaliyyətimizdə rast gəldiyimiz korrupsiya faktları ilə bağlı müzakirələrin aparılması, birgə tədbirlərin keçirilməsidir. Bu memorandum əslində ictimaiyyətə də bir mesaj olacaq ki, kollegiya da neqativ hallarla əməli mübarizə aparan tədbirlər görür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31