Rus şirkətdən qısa ətək qərarı: dizdən 5 santimetr yuxarı...

Rus şirkətdən qısa ətək qərarı: dizdən 5 santimetr yuxarı...

Rusiyada alüminium istehsalçısı olan "Tatprof" şirkətinin qadın əməkdaşlarına qısa ətək geyinməsi ilə bağlı şərti rezonans doğurub.

Şirkət qısa ətək geyinən işçilərə hər saatda əlavə 100 rubl ödəyəcəyi qərarını verib.

Şərtə görə, qadınlar əlavə ödənişi almaq üçün qısa ətəklə fotoşəkil çəkdirərək şirkət rəhbərliyinə göndərməlidirlər.

İyunun 30-dək "Feminizm marafonu" adlı kampaniyaya başladıqlarını açıqlayan "Tatprof" 60-dan çox qadın işçinin kampaniyaya qoşulduğunu bəyan edib. Kampaniya çərçivəsində qadınlar dizdən 5 sm yuxarı və ya daha qısa ətək geyinməlidir.

Rusiyalı sosial şəbəkə istifadəçiləri şirkətin bu qərarını sərt tənqid edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31