Nazirlik uşaqların müayinəsini təşkil edəcək

Nazirlik uşaqların müayinəsini təşkil edəcək

Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Səhiyyə Nazirliyinin 24 may 2019-cu il tarixli 97-S nömrəli Sərəncamı ilə "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" ilə bağlı Bakı şəhərində və respublikanın cəbhə bölgələrində yerləşən rayonlarda uşaqları yüksəkixtisaslı mütəxəssislər tərəfindən tibbi müayinələrdən keçirir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Bakı Baş Səhiyyə İdarəsi, Psixonevroloji Uşaq Evində, 5 nömrəli Uşaq Somatik Sanatoriyası və 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında; Respublika Endokrinoloji Mərkəzi, Dispanser qeydiyyatda olan şəkərli diabetli uşaqları; akad. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ağdam və Tərtər rayonlarında; Respublika Uşaq Klinik Xəstəxanası, Füzuli rayonunda; akad.Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və "Azərbaycan Pediatriya Assosiasiyası" isə Ağdam rayonu 4 Yol Qəsəbəsində müayinələr aparacaqlar. Qeyd edək ki, dünyanın əksər ölkələrində olduğu kimi, 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31