Paytaxtın Məhəmməd hadi küçəsində su sızması baş verib
Paytaxtın Məhəmməd hadi küçəsində su sızması baş verib
31 May 2019 15:52 SosialPaytaxtın Məhəmməd hadi küçəsində su sızması baş verib. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, küçənin 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən 500 mm-lik su xəttində baş vermiş sızmanın aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılır. Qazıntı-bərpa işlərinən sabaha qədər yekunlaşdırılması nəzərdə tutulub.
Sürücülərdən sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31