Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara güzəştli kreditlər verilib

Dağlıq Şirvan iqtisadi rayonunda sahibkarlara güzəştli kreditlər verilib

Mayın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair növbəti işgüzar forumu Şamaxı rayonunda keçirib. "Olaylar" xəbər verir ki, Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövründə 416 sahibkarın ümumi dəyəri 159,9 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 41,5 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Tədbir çərçivəsində sahibkarların güzəştli kreditlərin alınması mexanizmi barədə sualları cavablandırılıb, Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, bağçılıq, üzümçülük, ayaqqabı istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 120-dən çox yeni iş yerinin açılmasına imkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31