Qənirə Paşayeva: “Qaz verilişində ayrı-seçkilik olur”

Qənirə Paşayeva: “Qaz verilişində ayrı-seçkilik olur”

"Kəndlərə qaz çəkilən zaman fərqli yanaşma müşahidə olunur". "Olaylar" xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında " deputat Qənirə Paşayeva deyib. Xanım deputat bildirib ki, sovet dövründə qaz xətləri çəkilmiş insanların evlərinə qaz verilir, qaz sayğacı qoyulur: "Ancaq 10-15 il əvvəl tikilən evlərə qaz verilmir, deyirlər ki, bunun üçün həmin sakinlər özləri evlərinə qaz xətləri çəkməlidir. Belə ayrı-seçkilik etmək olmaz. Tovuz rayonunda kəndlərdə belə problemlər var".

Deputat nəzərə çatdırıb ki, Tovuzda iki mədəniyyət evinin tikintisi yarımçıq qalıb: "Bu mədəniyyət obyektlərinin tikintisinin başa çatdırılmasına diqqət yetirmək lazımdır. Əks halda, yarımçıq tikililər də dağılacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31