Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyası başa çatdı

Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatıb."Olaylar" xəbər verir ki, sessiyanın sonuncu plenar iclası bu gün - mayın 31-də keçirilib. Sonucu iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə olunub.Layihə birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Parlamentin növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur. Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31