Oqtay Əsədov: “POS-terminallar niyə işləməli deyil?”
Oqtay Əsədov: “POS-terminallar niyə işləməli deyil?”
31 May 2019 14:48 Sosial"Gərək hər dəfə kartdan pul çıxaraq?"
Milli Məclisin mayın 31-də keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov POS-terminalların işləməməsindən şikayətlənib. "Olaylar" xəbər verir ki, O.Əsədov bununla bağlı vergilər naziri Mikayıl Cabbarova müraciət edib. Spiker deyib ki, POS-terminalların fəaliyyəti haqqında bir qərar fikirləşmək lazımdır: "Sürətli internet və digər imkanlar, bir sözlə, hər cür şərait qurulub. Belə olan halda, POS-terminallar niyə işləməli deyil? Deputatların 30-40 faizi şikayət edir ki, nə edək, POS-terminallar işləmir? Əməkhaqqını kartla alırıq, gərək hər dəfə kartdan pul çıxaraq? Xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31