Bu gün Milli Məclisin yaz sessiyası başa çatır

Bu gün Milli Məclisin yaz sessiyası başa çatır

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. "Olaylar" xəbər verir ki, iclasda bir məsələ  - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır. Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir.Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31