Azərbaycanda prokuror işdən çıxarıldı - NÖQSANLARA YOL VERİB
31 May 2019 13:28 SosialAğsu rayon prokuroru vəzifədən azad edilib.
Rayon prokuroru Elvin Mirzəyev işində yol verdiyi nöqsanlara görə Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə sərəncama götürülüb.
Onun yerinə Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisinin böyük prokurur-metodisti Namiq Muradov təyin edilib.
Qeyd edək ki, N.Muradov daha əvvəl Qarabağ və Lənkəran regionları üzrə hərbi prokuror vəzifəsini tutub və prokurorluq orqanlarında böyük təcrübəyə malikdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31