“Bağışla ki, sənə saçlarımı qurban verə bilirəm, həyatımı yox”
31 May 2019 10:38 SosialÖtən gün xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın saçlarını keçəl etdirməsi sosial mediada müzakirə edilib.
Həyat yoldaşı Röyalın da ona dəstək olaraq eyni addımı atması təqdirəlayiq hesab olunub.
Daha bir diqqət çəkən məqam isə Röyalın sosial şəbəkədə yazdığı status olub. O, keçəl fotosunu paylaşaraq "Bağışla ki, sənin üçün, sadəcə, saçlarımı qurban verə bilirəm, həyatımı yox" deyə, yazıb.
Qeyd edək ki, Tünzalənin xəstəliyi ikinci dəfə metastaz verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31