Bakı metrosunda DƏHŞƏT - Qadın özünü qatarın altına atdı

Bakı metrosunda qadın intihara cəhd edib.

Publika.az xəbər verir kİ, Bakı Metropoliteninin "28 may" stansiyasında 54 yaşlı qadın özünü relslərin üstünə ataraq özünü öldürmək istəyib.

QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə bu gün səhər saat 09:35-də baş verib. Saat 09:45-də isə qatarların hərəkəti bərpa edilib.

Hadisə vaxtı ağır xəsarət alan qadın xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı metroya giriş 15-20 dəqiqəlik dayandırılıb. Hadisə nəticəsində metropolitenin Həzi Aslanov- Dərnəgül xəttinin işində 15-20 dəqiqəlik fasilə yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31