Almaniyada Cümhuriyyətin 101 illiyinə həsr edilən tədbir keçirildi -FOTO-VİDEO

Almaniyada Cümhuriyyətin 101 illiyinə həsr edilən tədbir keçirildi

Almaniyanın NRW vilayətinin Mönchengladbach şəhərində Azərbaycan Cümhuriyyətinin 101 illiyinə həsr edilən "Azad insan, kölə deyil" adlı tədbir keçirilib.

Olaylar.az xəbər verir ki, Tədbirdə Alman, Türk, Rus ve İran. İ.R-nın icma nümayəndələri və Hannover, Lipstad, Münster, Duisburg, Düsseldorf, Köln şəhərlərindən gələn qonaqlar iştirak ediblər.

Tədbiri Hüquqşünas və İntegrasiya Mərkəzini rəhbəri Əlövsət Əliyevə açılış nitqi ilə açıb.

Tədbirə  Vüsale Musayeva və Tünzale Rafiqqızınin təşkilatçılığı ilə keçirilib. Tədbirə Almaniyanın NRW üzrə mədəniyyət nazirliyi, LANDESMUSIKRAT, Brükenklank, VKI-MG Verband für Kulturen&Integration Mönchengladbach e.V (Migrantlarla ish üzrə qurumlar), "Chapeau Kultur"-un rəhbəri Herr Wolfgang, Müşviq M, Vahid Tarzen, Validə xanım, milli rəqsləri təmsil edən Ülkər Məsimova , Mönchengladbach-a xorunun şefi Azər hoca və korosu, texniki yardım göstərən Tural Bayram Zadeh, filmin montajini edən gənc televiziya işçisi, montajyor Eltun Məmmədov, Munchengladbach "Alevi Kültür" mərkəzinin başqanı, Hatun Keser başda olmaqla dərnəyin xanımları İnan Çətin ailəsi, Azərbaycan milli mətbəxinin təamlarıni bişirinən xanımlar,Almaniyada yaşayan Azərbaycan ailələri, Ayşəgül və Fəryad Sanuroglu ailəsi, Çitak Kardaş ailəsi, İntegrasiya Mərkəzi dəstək olub.

Qeyd edək ki, tədbirin musiqi repertuarında, Azərbaycan musiqisi, "Sarı Gəlin" mahnısı ilə konsertin bədii hissəsinə start verilib. Digər dillərdə türk, kərkük, alman, italiyan, fars, rus, zazaca musiqilər də səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31