Deputat bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini təklif edib
Deputat bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini təklif edib
30 May 2019 14:35 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" qanuna dəyişikliyin müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsini təklif edib. Deputat deyib ki, bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələrə lokal səlahiyyətlər verilməlidir: "Hazırda bələdiyyələr ölü quruma çevrilib. Müəyyən qurumlar üçün inzibati qaydada 2 gün ərzində bələdiyyənin qərarını ləğv etmək çox asandır. Bələdiyyələrin səlahiyyətləri məsələsini indidən həll etməliyik ki, bələdiyyə seçkilərinə də maraq artsın".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31