Qüdrət Həsənquliyevdən maraqlı təklif

Qüdrət Həsənquliyevdən maraqlı təklif

"Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait qoyan şəxslərə vətəndaşlıq verilməlidir"

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik məsələsi  müzakirəyə çıxarılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinni müzakirəsi zamanı millət vəkili  Qüdrət Həsənquliyev Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait qoyan şəxslərə vətəndaşlıq verilməsi təklifi ilə çıxış edib:  "Təyyarə ilə Azərbaycana gələndə elan verilir ki, ölkədə 15 gündən çox qalanda müvəqqəti qeydiyyata düşməlidir. Biz əcnəbini məcbur edirik ki, haradasa gedib polis bölməsini tapıb, qeydiyyata düşsün". Deputat deyib ki, başqa ölkələrə gedəndə insanlara təyyarədə sənəd verilir və şəxs həmin sənədi doldurmaqla müvəqqəti qeydiyyat məsələsini həll edir: "Əcnəbi 3 həftə ərzində Azərbaycanda müxtəlif ərazilərdə qala bilər. Biz əcnəbini nəyə məcbur edirik? Polis gedib hər dəfə maraqlanacaq ki, əcnəbi harada qalır? Bu məsələ ölkənin siyasi rəhbərliyi ilə bir daha müzakirə olunmalıdır".

Q.Həsənquliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatına böyük həcmdə vəsait qoyan şəxslərə vətəndaşlıq verilməlidir. Spiker Oqtay Əsədov ölkəyə gələn şəxsin harada qalmasının bilinməli olduğunu söyləyib: "Əcnəbinin qeydiyyat məsələsinin hansı formada həlini tapması məsələsinə isə gələcəkdə baxıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31