Bələdiyyələr hansı halda cərimələnə biləcəklər?
Bələdiyyələr hansı halda cərimələnə biləcəklər?
30 May 2019 14:28 Sosialİnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsinə yeni maddə əlavə edilir. "Olaylar"ın məlumatına görə, qanun lahihəsi bu gün Milli Məclisin müzakirəsinə çıxarılıb. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.2-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilir. Təklif edilən dəyişiklik isə bu maddədə müvafiq bələdiyyələrin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsini rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilməsini nəzərdə tutur.