Deputat: “Hesablama Palatası niyə Mərkəzi Bankda birbaşa yoxlama apara bilməz?”

Deputat: “Hesablama Palatası niyə Mərkəzi Bankda birbaşa yoxlama apara bilməz?”

"Mərkəzi Bankla bağlı məsələ çox ciddidir. Layihəyə əsasən, Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqanının icazəsi ilə Mərkəzi Bankda növbədənkənar audit apara bilər. Hesablama Palatasına belə məhdudiyyət qoyulmamalıdır". "Olaylar" xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanuna dəyişikliyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev bildirib. Deputat deyib ki, Hesablama Palatası hər hansı məhdudiyyət qoyulmadan Mərkəzi Bankda yoxlama apara bilməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə qanunun 12-ci maddəsinə texniki dəyişikliyin nəzərdə tutulduğunu, Q. Həsənquliyevin isə qanunun 58-ci maddəsindən danışdığını bildirib: "Hazırkı qanun laihəsində 58-ci maddəyə dəyişiklikdən söhbət getmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31