Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək
Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək
30 May 2019 14:17 Sosial1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək. "OLAYLAR" xəbər verir ki, gənc nəslin sağlam böyüməsi vacib şərtdir və respublikamızda keçirilən bu kimi tədbirlər səhiyyə işçiləri tərəfindən atılan humanist bir addım kimi dəyəriləndirilir.
Bakı dəmir yolu xəstəxanasında keçiriləcək aksiya uşaqlara əsl bayram hədiyyəsi olacaq.
Qeyd edək ki, xəstəxana dəfələrlə bu kimi tədbirlərə imza atıb. Bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.
Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31