Bəzi sahələr üzrə yoxlamalar aparılmasına icazə verildi

Bəzi sahələr üzrə yoxlamalar aparılmasına icazə verildi

Milli Məclis "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edib. "Olaylar" xəbər verir ki, dəyişikliyə əsasən yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına icazə verilir.Sənədin qeyd hissəsində bildirilir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb.

Qeyd edək ki, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazə YENİ QAYDADA veriləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31