Deputat: "Sahibkarlar pul ödəsələr də mülkiyyət sahibi ola bilməyiblər"

Deputat: "Sahibkarlar pul ödəsələr də mülkiyyət sahibi ola bilməyiblər"

Milli Məclisin mayın 30-da keçirilən iclasında millət vəkili Fazil Mustafa vətəndaşların mülkiyyət hüuquları ilə bağlı məsələ qaldırıb. Bildirib ki,  "Binə" və "Sədərək" ticarət şəbəkəsində 7-8 min mağaza mövcuddur. Bu, təxminən 30 minə yaxın vətəndaşı, işçini əhatə edir. Lakin bütün mağazaların mülkiyyəti mağazanın sahiblərinə deyil, məhz ticarət müəssisəsinin sahibinə malikdir.  "Olaylar"ın xəbərinə görə, millət vəkili qeyd edib ki,  bu ona bənzəyir ki, bina tikilir verilir sakinə sonra bina sahibi deyir ki, bu binada icarəçi kimi yaşamalısan. Və bu mağazaların mülkiyyət hüququ qadına məxsusdur. Həmin mağazalar 80 min manatdan 200-250 min manata kimi vətəndaşlara satılıb. Lakin bu əməliyyat qeyri-rəsmi aparıldığı üçün bu məbləğdə pul ödəyən sahibkarlar mülkiyyət sahibi ola bilməyiblər. Yalnız icarə hüquqi əsasında orada fəaliyyət göstərməyə malikdirlər. Bu, feodal qaydaları ilə vətəndaşın mülkiyyət hüququnun pozulmasının bir nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31