Milli Məclisin növbəti plenar iclası keçirilib

Milli Məclisin növbəti plenar iclası keçirilib

Mayın 30-da Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. "Olaylar"ın məlumatına görə, spiker Oqtay Əsədov bildirib ki, mayın 30-da və 31-də keçiriləcək iclasların gündəliyinə ümumilikdə 26 məsələ daxildir. Bunlar "Kredit ittifaqları haqqında", "Azərbaycan Respublikasının Milli Məclisinin daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Büdcə sistemi haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Banklar haqqında", "Mühasibat uçotu haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "Dövlət rüsumu haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar, Vergi Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi də müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31