Deputat: “Rusiya və Ermənistan ortaq ordu yaradıb”

Deputat: “Rusiya və Ermənistan ortaq ordu yaradıb”

Milli Məclisin mayın 30-da keçirilən iclasında "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqına" Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirəyə çıxarılıb.  "Olaylar"ın məlumatına görə, qanun layihəsinin müzakirəsi zamanı  millət vəkili Fərəc Quliyev MDB ilə bağlı belə layihələrdən uzaq durulmasını, Moldova və Ukraynanın belə sazişlərə qoşulmadığını qeyd edib.  Eyni zamanda sazişdə kadr hazırlığının rus dilində aparılması barədə müddəanı məqbul saymadığını söyləyib: "Rusiya və Ermənistan ortaq ordu yaradıb. Bizim polislər, daxili qoşunlar üçün kadrlar niyə bu qaydada hazırlanmalıdır?".  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bunun beynəlxalq saziş olduğunu qeyd edib: "Biz nə zaman istəsək, bu sazişin yaratdığı imkanlardan istifadə edə bilərik. Azərbaycanda Polis Akademiyası var və yüksək səviyyəli kadrlar hazırlanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31