Türkiyədə Azərbaycan vətəndaşına hökm oxundu
İki il bundan öncə Türkiyənin Çorum bölgəsində təcili yardım maşınına çırpılan Azərbaycan vətəndaşı olan TIR sürücüsünə hökm oxunub.
Olaylar.az bildirir ki, Gülman B. 3 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, qəza nəticəsində bir tibb işçisi ölmüş, üçü isə ağır yaralanmışdır.