Deputat: “ Ombudsmanın təklifi ilə hansısa qanunun qəbul edildiyini xatırlamıram”

Deputat: “ Ombudsmanın təklifi ilə hansısa qanunun qəbul edildiyini xatırlamıram”

Milli Məclisin mayın 30-da keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanuna dəyişiklik barədə sənəd müzakirəyə çıxarılıb.  "Olaylar" xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, indiyə qədər Ombudsmanın təklifi ilə Milli Məclisdə hansısa qanunun qəbul edildiyini xatırlamır. Deputat deyib ki, Ombudsmanın təklifini öncə Ali Məhkəməyə təqdim etməsi, Ali Məhkəmə məqbul sayarsa, Ombudsmanın qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə layihə təqdim etməsi məqbul olardı: "Bununla bağlı qanunvericiliyə dəyişiklik edilsə, daha yaxşı olardı".

Spiker Oqtay Əsədov isə qanunun birinci oxunuşda müzakirəyə çıxarıldığını və təkliflərin növbəti oxunuşlar zamanı verilə biləcəyini xatırladıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31