Deputatlar da məsuliyyətə cəlb ediləcəklər

Deputatlar da məsuliyyətə cəlb ediləcəklər

Milli Məclisin mayın 30-da keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu" haqqında qanuna dəyişiklik təklif edilib. "Olaylar" xəbər verir ki, təklif edilən dəyişikliyə əsasən, qanunun 16-cı maddəsinin (Deputatın vəzifələri) ikinci cümləsi aşağıdakı kimi yeni redaksiyada verilir: "Deputat Azərbaycan Respublikası Milli Məclisinin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur".

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq 1-ci oxunuşda qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31