Spiker deputatların intizamlı olmasını tövsiyyə etdi

Spiker deputatların intizamlı olmasını tövsiyyə etdi

Millət vəkili Fazil Mustafa Milli Məclisin mayın 30-da keçirilən plenar iclasında deputatların hüquq və səlahiyyətlərinin genişləndirilməsini təklif edib. "Olaylar"ın xəbərinə görə,  F. Mustafa deyib ki, son vaxtlar əsasən deputatın intizamı məsələsi ilə bağıl dəyişikliklərə diqqət yetirilir: "Deputatların qanunvericilik təşəbbüslərində fəal iştirakı ilə bağlı məsələlərə diqqət yetirilsə, daha yaxşı olar".

MM sədri  Oqtay Əsədov isə intizam məsələsinin önəmli olduğunu, qanunun isə birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib: "Deputatların intizamlı olması vacibdir. Biz isə hazırda qanuna texniki dəyişiklikləri müzakiər edirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31