Tək yaşayan 81 yaşlı kişi özünü asdı

Balakəndə 81 yaşlı kişi intihar edib.
Hadisə bu gün səhər saat 05 radələrində rayonun Talalar kəndində baş verib.
Kənd sakini, 1938-ci il təvəllüdlü Həmzət Vahab oğlu Əhmədovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Evdə tək yaşayan 81 yaşlı H.Əhmədovun intihar etməsinin səbəbləri bilinmir.
Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31