Balakən və Zaqatalada yem emalı müəssisələri istifadəyə verilib

Balakən və Zaqatalada yem emalı müəssisələri istifadəyə verilib

Ölkə regionlarında kənd təsərrüfatının və heyvandarlığın inkişafına, eləcə də mikro və kiçik sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə dəstək məqsədilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində növbəti yem emalı müəssisələri mayın 29-da Balakən və Zaqatala rayonlarında istifadəyə verilib. KOBİA-dan "Olaylar"a bildirilib ki, Balakən rayonunun Qazma və Zaqatalanın Qazangül kəndlərində yem emalı müəssisələrinin fəaliyyətə başlaması ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirlərdə KOBİA-nın, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, müvafiq yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və yerli sakinlər iştirak ediblər.

Məlumat üçün bildirək ki, Qazma və Qazangül kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi ilə Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən SEDA layihəsi çərçivəsində fəaliyyətə başlamış yem emalı müəssisələrinin sayı 27-ə çatıb. Yem emalı müəssisələrində istehsal sahəsi və anbar inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31