DAA Belarusda cumhuriyyətin 101 illiyini qeyd edib

DAA Belarusda cumhuriyyətin 101 illiyini qeyd edib

Dünya Azərbaycanlıları Assambleyasının  təşkilatçılığı ilə Belarusiyanının Minsk  şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunmuş  tədbir keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

"Merci Baku" restoranında  keçirilən tədbir çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və milli dövlətçilik ənənələrinin formalaşmasında dövlət qurucularının həyata keçirdiyi müstəsna fəaliyyət barədə də geniş məlumat verilib.

Tədbirdə Belarusiyanın dövlət  nümayəndələri, siyasi partiya  nümayəndələri, şirkət rəhbərləri  və üzvləri, Azərbaycan diasporunun fəal üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.

Dünya Azərbaycanlıları Assambleyasının prezidenti Rəşad Quliyev  tədbiri açaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, fəaliyyəti, həmin dövrlərdə mövcud vəziyyət və xalqımıza qarşı törədilən qanlı cinayətlər barədə danışıb.

Daha sonra tədbir Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığ ilə rəqs qruplarının və müğənnilərin ifası ilə davam etdirilib. Qonaqlara ziyafət verilib.

Azərbaycan İlahiyyat İnstitutu Şirvanda abituriyentlərlə görüş təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31